Agora Analitik Kollektiv 2022-ci ildə bir qrup gənc ekspert, tədqiqatçı və vətəndaş cəmiyyəti fəalı tərəfindən qurulmuş beyin mərkəzidir. Kollektivin missiyasi sosial elmlərin müxtəlif sahələri üzrə Azərbaycanda yeni biliklər yaratmaq, ölkədə sosial və iqtisadi siyasətləri, eləcə də onların gender və ətraf mühit aspektlərini tədqiq və təhlil etməkdir. Kollektivin məqsədi müxtəlif dövlət siyasətləri ilə bağlı kompleks məlumatları və rəsmi dataları cəmiyyət üçün daha əlçatan formada təqdim etməkdir.
Agora Analitik Kollektivin fəaliyyət istiqamətlərinə ictimai sorğuların keçirilməsi, xüsusilə iqtisadiyyat və təhsil mövzularında təhlillərin dərc olunması, data vizualizasiya, gənc tədqiqatçıları üçün mentorluğun təşkili və s. daxildir.